Deputat: "Azərbaycanla Gürcüstan arasında mühüm strateji tərəfdaşlıq münasibətləri var"



"Azərbaycanla qonşu Gürcüstan arasında mühüm strateji tərəfdaşlıq münasibətləri var”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, DİP sədri Asim Mollazadə deyib.

Deputat bildirib ki, hər iki dövlət region və dünya üçün çox mühüm layihələri - enerji və nəqliyyat layihələrini həyata keçirir:

 "Gürcüstanla sıx əməkdaşlığımızın bünövrəsini qonşu ölkədə yaşayan soydaşlarımız təşkil edir. Gürcüstanda yaşayan Azərbaycanlılar qonşu ölkənin güclənməsi və müstəqiliyinin qorunması istiqamətində çox mühüm mövqeyə malikdirlər. Əminəm ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin çoxşaxəli inkişafına xidmət edəcək. Eyni zamanda ölkələrimiz arasındakı əməkdaşlığı gücləndirəcək”.

İsmayıl