Bir ildə 30 ürək əməliyyatı həyata keçirilib




Azərbaycan Tibb Universitetinin Ürək Damar Mərkəzində bir il ərzində xeyli sayda xəstə stasionar şəraitdə müalicə olunub. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, xəstələrə transtorasik exokardioqrafiya, EKQ müayinə tətbiq edilib. Bu müddətdə 29 nəfərdə ürəkdaxili defibrilyator, 1 nəfərdə anadangəlmə ürəkdaxili qüsurların qapalı yolla bağlanması əməliyyatı həyata keçirilib.
Gələcəkdə Ürək Damar Mərkəzində kardioreanimasiya şöbəsinin qurulması, 3 ölçülü exokardioqrafiyanın aparılması, 3 ölçülü xəritələmə sisteminin tətbiqi və digər yeniliklər nəzərdə tutulur.