Bakıda atasını baltalayan 17 yaşlı gəncdən YENİ XƏBƏR





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atası baltalarayaq öldürən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Şamil Rzayevin işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabrın 11-ə təyin edilib.
Qeyd edək ki, olay bu il mayın 10-da Türkan qəsəbəsi, Üzümçülük sovxozunda baş verib. 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib.