Demba Ba-da qırıq var

Qolçu oyunçu 20 gün yaşıl meydanlardan uzaq qalacaq




Seneqallı ulduz Demba Banın ikinci ayaq barmağnda qırıq təsbit edildi. Qolçu futbolçunun 20 gün yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Konyada oynanan "Beşiktaş” - "Trabzonspor” matçında zədələnən qolçu oyunçu Demba Badan pis xəbər gəldi. "Beşiktaş” klubunun həkimi Ərtoğrul, Mustafa Pektemek və Demba Ba-nın zədələri haqqında klubun rəsmi televiziyasına şərhlər verib. Mustafa Pektemekin bir əməliyyatı geridə buraxdığını ifadə edən Ərtoğrul, "İdmançımızın vəziyyəti çox yaxşıdır.

1-2 gün də xəstəxanada qalması lazımdır. Allaha şükür qalıcı bir ziyan yoxdu. Məşq sonrası onun yanına təkrar gedəcəyəm. Son məlumatları oradakı həkimdən alacağam” deyib.