Kasilyas üç komandanın adını çəkib

“Real”ın əsas rəqibləri “Atletiko” və “Bavariya”dır



"Real” klubunun qapıçısı İker Kasilyas İspaniya çempionatında və beynəlxalq arenada özlərinə əsas rəqib kimi gördüyü komandaların adlarını açıqlayıb.

İspan qapıçı üç komandanın adını çəkib. "Prime liqada bizim əsas rəqiblərimiz "Atletiko” və "Barselona” klublarıdır. Beynəlxalq arenada isə "Real”ın başlıca rəqibləri "Atletiko” və "Bavariya”dır”- deyə, Kasilyas qeyd edib.