Mətbəxdə partlayış...

Ər-arvad bu hala düşdü


Türkiyə Bakırköy bölgəsində bir evdə qəza baş verib. Yemək qoxularını xaric etsin deyə mətbəxə qoyulan avtomatik spreyin qazı yanan ocağın alovuna qarışdı. Alov qarışıq bir partlayış oldu. Bu zaman yemək bişirən evdar qadın Nuray Gülay ilə təhlükəsizlik işçisi olan həyat yoldaşı İsmayıl Gülay ciddi şəkildə yaralandı. Xəstəxanaya çatdırılan ər-arvadın 2-çi dərəcəli yanıq xəsarətləri aldığı aydın oldu. İsmayıl Gülay və həyat yoldaşı Nurhan Gülay xəstəxananın yanıq mərkəzində müalicə altına alındılar.