Bakıda səfirin kartından pul oğurlanıb

Küveyt səfirinin külli miqdarda pulu naməlum şəxs tərəfindən oğurlanıb



Bakıda səfirin kartından pul oğurlanıb.  Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının Bank Fəaliyyətinin Təhlükəsizliyini təmin edən əməkdaşı Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, iyun ayının 1-dən avqust ayının 18-dək olan müddətdə Küveytin Azərbaycandakı səfirinin bank kartından 22 484 ABŞ dollarının silindiyini bildirib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Küveyt səfirliyinin ictimai əlaqələr üzrə mütəxəssisi tərəfindən internet vasitəsi ilə oğurlanması müəyyən edilib.
Araşdırmalar aparılır.