Anjelina Coli palçıqlı asfaltda dizlərini yerə qoyur





Bu günlərdə Nyu-Yorkda telekanallardan birində qonaq olan Hollivud ulduzu BMT-nin Xoşməramlı səfiri Anjelina Coli maraqlı bir jest edib. Telekanal qarşısına toplaşan pərəstişkarları ilə selfi çəkdirən və onlara avtoqraf paylayan aktrisa toplaşanlardan birinin halının pisləşdiyini görür. Halı pisləşən qadın müvazinətini saxlaya bilməyib səkidə oturur. Bunu görən Anjelina Coli əynində ağ palto olamasına baxmayaraq selfinin yaxşı alınması üçün palçıqlı asfaltda dizlərini yerə qoyur. Ulduz aktrisanın bu hərəkətindən qəhərlənən qadın göz yaşlarını saxlaya bilmir.