Anasının saçı onu bu hala saldı

Nənə bilməsəydi 3 aylıq körpə barmağını itirəcəkdi




Sivasda anası Sibelin saçının dolaşması nəticəsində sol ayaq barmağını itirmə riski yaşadan 3 aylıq Hifa Hazal, xəstəxanaya qaldırıldı. Kiçik körpənin barmağı müdaxilədən sonra qurtarıldı.

Şəhər mərkəzində Qazı Burhanettin məhəlləsində yaşayan Sibel Yüksel cütlüyünün ilk uşağı Hifa Hazalın sol ayağının 4-çü barmağı saç telinə dolaşıb. Fərq edilməyən saç teli barmaqda möhkəmlənincə qan dövranını kəsib. Göyərməyə başlayan barmağı körpənin nənəsi Nailə Yılmaz corablarını çıxararkən fərq edib. təhviş içində nəvəsini götürərək xəstəxanaya qaçan Yılmaz burada edilən ilk müdaxilənin ardından uşaq Respublika Universiteti (CÜ) Tibb Fakültəsi Xəstəxanasına sövq edilərək ortopedi xidmətində müalicə altına alındı. Burada barmağına dolaşan seç teli çıxarılan Hifa Hazalın sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlandı. Zamanında müdaxilə edilməsəydi körpənin barmağını itirə biləcəyini söyləyən doktor Seyran Kılınç, belə dedi:"Əslində tez-tez rast gəlinən hadisə deyil. Ancaq baş verə biləcək və sonrası üçün ciddiyə alınacaq hadisədir. Ətrafdakı hər hansı bir uzun saç və ya ip uşağın hərəkətləri əsnasında barmağa dolana bilir. Daha sonra o barmağın alt bölgəsindəki qan axınını kəsir. Və göyərmə başlayır. Uşaq danışma qabiliyyətinə sahib olmadığı üçün şikayətlərini də söyləyə bilmir. Yaxınları da bunu təqib etməyə bilir. Corab çıxarıldığı zaman dəhşətli vəziyyət fərq edilmiş olur. Bunun üçün hərdən bir uşaqların bu bölgələrinə nəzarət edilməsi lazımdır. Uşaqlarda bu tip hadisələr tez-tez olamasa da ciddi problemlər yarada bilir. Uşağın barmağı qanqren ola bilərdi. Uşaq yatağının ətrafında uzun saç və ip olmaması lazımdır. Bizim bu hadisədə nənə vəziyyəti fərq etməsəydi, barmaq itirilə bilərdi.”