Dağlıq Qarabağda 2 erməni əsgəri ölüb






Erməni tərəfi Dağlıq Qarabağda növbəti dəfə itki verdiyini açıqlayıb.

APA-nın "news.am” saytına istinadən yaydığı xəbərə görə, yanvarın 5-dən 6-na keçən gecə cəbhə xəttində 2 erməni əsgəri ölüb. Ölən əsgərlərin adları hələlik açıqlanmayıb. Onların Dağlıq Qarabağ sakini olduqları iddia edilir.