96 dövlət əmlakı özəlləşdirilir - VAXT
16:09 25.02.2019
Arxiv
500
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 mart tarixində keçiriləcək.
Komitədən "Sherg.az"a verilən məlumata görə, hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir.
Müxtəlif şəhər və rayonlar üzrə biznes fəaliyyətinə imkan yaradacaq kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813.2 kv.m arasındadır. Şəkidə istirahət zonası, Mİngəçevir və Yevlaxda yardımçı təsərrüfatlar, Sumqayıt, Qax və Balakəndə əmlak kompleksləri investorlara maraqlı ola biləcək dövlət əmlaklarındandır. Xidmət sahəsi üzrə fəaliyyət göstərmək istəyən şəxslər seçimlərini ticarət və ictimai iaşə obyektləri üzrə edə bilər. Hərraca çıxarılan dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan obyekt Qusar Tədarük Satış Bazasıdır. Paytaxtın Nizami rayonu, Babək prospektindəki "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi faydalı sahəsi 1350.4 kv.m, birlikdə özəlləşdiriləcəyi torpaq sahəsi isə 4129.4 kv.m-dir.
Qeyri-yaşayış sahələrinin 9-u paytaxtda, digərləri isə Sumqayıtda yerləşir. Hər bir investor üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 21.7 kv.m-dən 230.8 kv.m-ə qədərdir. Ofis, xidmət obyekti və digər formada istifadəyə uyğun olan qeyri-yaşayış sahələrindən biri paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsindədir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 49.2 kv.m-dir.
Hərraca ölkə üzrə müxtəlif şəhər və rayonlardakı səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketləri də çıxarılıb. Bu şirkətlər nəqliyyat, təmir-tikinti, sənaye və digər sahələr üzrə fəaliyyət göstərir. Bunlara misal olaraq "Beyləqan Sənaye Kombinatı”, "Salyan broyler”, "Yevlax Təkrar Xammal” kimi dövlət əmlaklarını göstərə bilərik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat