ABŞ-da məktəbdə atəş açan şəxs tutuldu - YENİLƏNİB-1





ABŞ-ın Parkland şəhərində məktəbdə atəş açan şəxs polis tərəfindən saxlanılıb.
APA-nın məlumatına görə, bu barədə "Fox News” xəbər verib
İlkin məlumata əsasən, insident nəticəsində azı 50 nəfər yaralanıb, 1 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna olunmur.
Hadisə yerində polis və təcili yardım briqadaları işləyir.
ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.
***
ABŞ-ın Parkand şəhərində məktəbdə baş verən atışma nəticəsində azı 1 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə "Fox News” xəbər verib.
İlkin məlumata görə, insident nəticəsində azı 50 nəfər yaralanıb.
Məktəbdə atəş açan şagird hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
***
ABŞ-da məktəbdə silahlı insident baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Parkland şəhərində (Florida ştatı) qeydə alınıb.
İlkin məlumata əsasən, məktəbdə baş verən atışma nəticəsində azı 20 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.