ABŞ-ın Ermənistandakı keçmiş səfiri Dağlıq Qarabağa səfər edib





ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans Dağlıq Qarabağa səfər edib.
APA-nın "news.am”a istinadən verdiyi məlumata görə, o, "Ermənistan uşaqları” Fondunun Direktorlar Şurasının müşaviri qismində fondun sədri ilə birlikdə özünü Dağlıq Qarabağdakı qondarma rejimin lideri adlandıran Bakı Saakyanla görüşüb.
Xatırladaq ki, Con Evans 2004-2006-ci illərdə ABŞ-ın Ermənistanda səfiri olub.