ABŞ kəşfiyyatı: "Qarabağda gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər"
21:06 13.02.2018
Arxiv
637
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə səbəb ola bilər.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts ölkə Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatla çıxışı zamanı bildirib.
Hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışılır. Dağlıq Qarabağla bağlı hesabatın bir hissəsində "tərəflər güzəştə getməyə tələsmirlər" deyilir.
ABŞ kəşfiyyatının direktoru hesab edir ki, Azərbaycanda sabit hərbi modernləşmənin aparılması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.
Hesabata əsasən, Kreml postsovet məkanında öz təsirini daha da genişləndirəcək. Moskva bu məqsədlərlə "aqressiv və oportunist siyəsət" aparacaq.
Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair şərhlər Koutsun ABŞ Konqresi Senatının xüsusi Kəşfiyyat komitəsində dinləmələr üçün hazırlanan giriş nitqindəki mətnində əks olunub. Bu müntəzəm dinləmələrdə ABŞ milli təhlükəsizliyi üçün gözlənilən təhdidlər nəzərdən keçirilir. Kouts rəsmi olaraq bütün 16 ABŞ kəşfiyyat təşkilatının işinin koordinatoru hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual