ABŞ MKİ: "Partlayışlar etmək üçün 30 İŞİD-çi Türkiyəyə daxil olub"

Atatürk hava limanındakı terror aktının təfərrüatları yavaş-yavaş mətbuata sızmağa başlayıb




İstanbulun Atatürk hava limanında 41 nəfərin ölümü və 250-dən çox adamın yaralanması ilə nəticələnən qanlı terror aktı ilə bağlı yeni məlumatlar yayılıb.
 CNN Türk-də canlı yayım zamanı telekanalın Ankara təmsilçisi Hande Fırat deyib.
Onun sözlərinə görə, Türkiyənin kəşfiyyat xidməti 20 gün əvvəl aidiyyəti qurumlara İŞİD-in İstanbulda terror aktı törədəcəyi barədə məlumat göndərib.

CNN Türk-ün əməkdaşı deyib ki, bu ayın əvvəllində Türkiyə hökumətinə və digər müvafiq qurumlara məhz İstanbulda partlayış olacağı ilə kəşfiyyat məlumatı ilə xəbərdarlıq edilib.

Maraqlısı burasındadır ki, kəşfiyyat məlumatlarında terror aktının törədilməsi ehtimal olunan yerlərin siyahısı Atatürk Hava Limanının da adı olub.
CNN Türk telekanalının məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan 20 gün əvvəl MİT direktoru Hakan Fidanı 30 İŞİD terrorçusunun terror hücumları həyata keçirmək üçün Türkiyəyə daxil olduğu barədə xəbərdar edib. Buna baxmayaraq MİT planlaşdırılan terror hücumunun qarşısını ala bilməyib.(anspress)
Təhlükəsizlik xidmətlərindəki mənbələr aeroporta hücumu həyata keçirən terrorçu qrupun 7 nəfərdən ibarət olduğunu bildirirlər. Bu barədə dünən Türkiyədə yaşayan şərhçi İbrahim Nəbioğli ANS TV-yə məlumat vermişdi.