Adil Əliyev: “Ermənistan çıxış yolunu təxribat törətməkdə görür”
13:57 15.07.2020
Arxiv
510
“Milli Məclis, parlamentin bütün dostluq qrupları Ermənistanın Azərbaycana qarşı Tovuzda həyata keçirdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb”.
Bunu Tovuzun Ağdam kəndində Oxu.Az-ın sualını cavablandırarkən Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.
Vitse-spiker bildirib ki, Azərbaycan bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünün müdafiəsinə qalxıb.
“Biz ilk dəfə deyil ki, Ermənistanın təxribatı ilə üzləşirik. Biz Ermənistanın Tovuzdakı təxribatını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq. Baxmayaraq ki, bizim güclü ordumuz var, Azərbaycan Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çalışır”.
Onun sözlərinə görə, burada başlıca məqsəd Azərbaycan əsgərinin həyatını qorumaqdır:
“Amma Ermənistan hər zaman təxribatlara əl atır. Çünki Ermənistan münaqişənin həlli ilə bağlı danışıqları beynəlxalq platformalarda uduzur və bundan qıcıqlanır. Çıxış yolunu təxribat törətməkdə görürlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qəlb cəbhəsi” kitabının təqdimatı olub -FOTO
20:46 03.03.2026
Ədəbiyyat
“Akopyan qərarsızların səsini toplaya bilər” - Fuad Abbasov
20:39 03.03.2026
Gündəm
Aİ və Körfəz ölkələri regiondakı gərginliyi müzakirə edəcək
20:14 03.03.2026
Dünya
“Xamenei getsə də sistem çökməyəcək” - Tural Abbaslı
19:55 03.03.2026
Müsahibə
Qətər İrana zərbələr endirib
19:44 03.03.2026
Dünya
Pərviz Şahbazov və Aİ-nin komissarı birgə bəyanatla çıxış ediblər
19:35 03.03.2026
Siyasət
Bakı metrosunda sərnişindaşıma 5%-ə yaxın artıb
19:00 03.03.2026
Dünya
Soçidə ard-arda zəlzələ olub
18:38 03.03.2026
Hadisə
İranda Ekspertlər Məclisinin binası hədəfə alınıb
18:15 03.03.2026
Gündəm
“Regionu qarşıda od-alovlu günlər gözləyir” - Siyasi şərhçi
18:05 03.03.2026
Siyasət
Həmid Herisçi tezliklə İrandan Azərbaycana qayıdacaq
17:59 03.03.2026
Cəmiyyət
Oman Sultanı Qazaxıstana səfər edəcək
17:55 03.03.2026
Dünya
Nazir: CQD böyük gəlirlər gətirən strateji layihədir
17:53 03.03.2026
Aktual
Sosial şəbəkələrdə müsbət dəyişiklik olacaq - EKSPERT
17:52 03.03.2026
Texnologiya
Rusiya ordusu Donetskdə irəliləyir
17:45 03.03.2026
Dünya