ADP, KXCP, AMİP bələdiyyə seçkiləridə yer qazana bilməyib






Azərbaycanda keçirilən növbəti bələdiyyə seçkiləri bir müddətdir ki, başa çatıb. Məlumdur ki, bəzi siyasi partiyalar bələdiyyələrin səlahiyyətsizliyini bəhanə edib, marafona maraq göstərmədilər. Seçkilərə qatılmadılar. Buna rəğmən seçkidə iştirak edən qurumlar da az deyildi.

Maraqlıdır, görəsən, həmin təşkilatlar marafondan necə ayrılıblar? Bunu aydınlaşdırmaq məqsədilə marafonun yekunlarına dair partiyalar arasında sorğu keçirdik.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında seçkidən əliboş ayrıldıqlarını qeyd edib: "Təşkilat üzvlərindən namizədliyini verənlər olmuşdu. Amma seçilmədilər”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu da söyləyib ki, özü və təşkilatın digər namizədləri marafondan məğlub ayrılıblar: "500 nəfər namizədliyini irəli sürsə də, 100-ə yaxını qeydiyyatdan keçdi. Ancaq heç birimiz qazana bilmədik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu vurğulayıb ki, marafondan əliboş ayrılıblar: "Təşkilat seçkilərə 300-ə yaxın namizədlə qatılsa, heç biri seçilmədi: "Bələdiyyə üzvü ola bilmədilər”.

Sosial Rifah Partiyasının (SRP) sədri Xanhüseyn Kazımlının partiyası marafondan qalib ayrılıb: "Rəhbərlik etdiyim qurum ikinci yer uğrunda mübarizə aparıb. Bütün dairələrdən namizədlərimiz vardı. Seçkini udanlar da olub”.

Ayyət Əhməd