Ağdaşda ev yandı: 5 yaşlı qız öldü





Ağdaş rayonunda binalardan birində yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, ümumi sahəsi 1690 m2 olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 m2 olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.