Ağdaş Mərkəzi Rayon Xəstəxanasında (MRX) yeni doğulan uşaq dünyasını dəyişib. APA-nın məlumatına görə, 1976-cı il təvəllüdlü Göyçay rayon sakini Qədirova Könül Ağabala qızı övladını dünyaya gətirmək üçün Ağdaş MRX-nın doğum şöbəsinə yerləşdirilib. Həkimlər ana bətnindəki uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsini məsləhət görüblər. Cərrahiyyə şöbəsində əməliyyat olunan Könül Qədirovanın vəziyyəti yaxşı olsa da, yeni dünyaya göz açan körpənin vəziyyəti qəflətən pisləşib və həkimlər onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmağı məsləhət görüblər. Yeni doğulan uşaq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, orada isə uşağın Gəncəyə aparılması məsləhət görülüb. Uşaq Gəncəyə aparılarkən yolda dünyasını dəyişib. Uşağın valideynləri APA-ya bildirib ki, Göyçay MRX-da təmir-bərpa işləri görüldüyündən, ana doğuş üçün yeni tikilmiş və hər cür şəraiti, müasir avadanlıqları olan Ağdaş MRX-ya aparılıb. Orada isə uşağın çəkisinin çox olduğunu və onun çətin doğulacağını əsas gətirərək qeysəriyyə üsulu ilə götürülməsi məsləhət görülüb. Uşaq əməliyyatdan 3 saat sonra dünyasını dəyişib. Qeyd edək ki, yeni doğulan uşaq oğlan olub və bu, ananın ailə qurandan 14 il sonra dünyaya gətirdiyi ilk övladı idi. Faktla bağlı araşdırma aparılır.
Ağdaşda faciə...
20:06 29.10.2013
Arxiv
817
14 il sonra ailəni sevindirən körpə, 3 saat yaşadı...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə