Aİ-Azərbaycan görüşünün vaxtı açıqlanıb




16-cı Avropa İttifaqı - Azərbaycan görüşü fevralın sonunda keçiriləcək.

"Sherg.az"ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, görüş zamanı tərəfdaşlıq haqqında saziş, həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.