Aİ rəsmisi: “Qarabağ münaqişəsi Avropa və Avrasiya üçün fəsadlara səbəb ola bilər”





 "Dağlıq Qarabağ münaqişəsi təhlükəsizlik nöqteyi-nəzərindən hətta Avropa və Avrasiya üçün fəsadlara səbəb ola bilər”.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Piter Svitalski deyib.
P. Svitalski bildirib ki, regiondakı münaqişələr təhlükəsizliyə real təhdiddir: "Vəziyyət çox həssasdır. Ümid edirəm ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində Vyana sammitindən başlayan inkişafın şahidi olacağıq”.
Diplomat etimad quruculuğu tədbirləri, habelə təmas xəttində insidentlərin araşdırılması mexanizmi ilə bağlı effektiv nəticələrin qeydə alınacağına da ümidvar olduğunu diqqətə çatdırıb.