"Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər yandırmaq istəyər" - AYB katibindən sərt təpki






"Sosial şəbəkələrdə düşüncəsiz, nadan, bəsit insanlar da var. Media belə adamların hər yazdığı statusu  ictimailəşdirməməlidir”.

Bu barədə "Sherg.az”a bir qrup gəncin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın kitablarının yandırılmasına dair  fikirlərinə münasibət bildirərkən 525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid bildirib.

 O qeyd edib ki, ciddi mətbuat belə hərdəmxəyal, nadan fikirlərə diqqət etməməlidir:

"Belə gənclər varsa, onlar ilk növbədə Anarın kitablarını oxumalıdırlar. Heç olmasa, xalq yazıçısının "Yaşamaq haqqı” traktatı ilə tanış olmalıdırlar ki, bu millətin haradan gəlib, hara getdiyini bilsinlər. Anarın Azərbaycanın mədəniyyəti, tarixi haqqında fikirlərini oxumalıdırlar ki, yazıçını anlaya bilsinlər. 

Anarın kitablarını yalnız zəhərlənmiş beyinlər və yetişməmiş cavan uşaqlar yandırmaq istəyər. Dönə-dönə vurğulayıram ki, bunu ictimailəşdirmək lazım deyil. 2-3 nəfər kəmağıl cavanın bu fikirlərinə kəskin ictimai qınaq olmalıdır”.

Qeyd edək ki, bir qrup gəncin xalq yazıçısı Anarın kitablarını yandırmaq üçün kampaniya başlatmaq çağırışı edib. Yazıçı özü isə həmin gənclərin addımı tərbiyəsizlik adlandırıb.

Aysel Aslan