Ankarada yol qəzası: 6 nəfər ölüb





Ankara şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb.

Trend-in məlumatına görə, 3 nəfər qəza baş verəndən sonra dərhal hadisə yerində dünyasını dəyişib.

Digər 3 nəfər xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatlarını xilas etmək mümkün olmayıb.