"Antisiqaret kampaniyasına məmurlardan başlamaq lazımdır"- Deputat
09:19 18.04.2017
Arxiv
651
"Ölkə prezidenti cənab İlham Əliyev Yevlaxdakı müşavirədə çox maraqlı bir mövzuya toxundu. Təqribən belə dedi k, mən özüm siqaret çəkmirəm və kimsəyə də siqaret çəkməyi tövsiyə etmirəm. Bu çox pis vərdişdir. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaqdır!"
Sherg.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz feysbuk səhifəsində bildirib. Deputat
siqaretə qarşı allergiyası və düşmənçiliyi olan bir Azərbaycan vətəndaşı kimi bu çağırışı ikiəlli dəstəklədiyini söyləyib:
"Antisiqaret kampaniyasını bilirsiniz kimdən başlamaq lazımdır? Cənab prezidentin komandasında olan məmurlardan. Ardınca Yeni Azərbaycan partiyası üzvləri bu tezisləri dəstəkləməli və əməli fəaliyyətdə bunu göstərməlidirlər. Ardınca digər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, məktəblər və xəstəxanalar siqareti tərgitmək kampaniyasına qoşulmalıdır. Kütləvi şəkildə siqaret çəkməkdən imtina hərəkatı başlanmalıdır. Hər vaxt kampaniyaçılığın əleyhinə olsam da, bu məsələdə mütləq cəmiyyətin total şəkildə rol almasını zəruri hesab edirəm.
Hər dəfə çıxış edib vurğulayırlar ki, ölkə prezidentiini özləri üçün örnək hesab edirlər, buyurun, prezident siqaretə qarşı mənfi münasibətinə reaksiyanızı ortaya qoydu, siz də onun bu addımını təqdirlə qarşıladığınızı əməli şəkildə göstərin! Siqaret həqiqətən millətimizin gələcəyi üçün ciddi bir təhlükədir. Narkomaniya da, alkoqolizm də, psixi, onkoloji xəstəliklərin xeyli hissəsi də məhz bu pis vərdişdən sonra yaranır. Üstəlik cibinizin pulunu da bu mənasız vərdiş xeyli azaldır. Qanunla ictimai yerlərdə siqaretin çəkiliş imkanlarını nə qədər məhdudlaşdırsaq da, xalqımız qanundan çox qaydalara, vərdişlərə əhəmiyyət verdiyindən bu pis xəstəliyin kökünü kəsmək xeyli çətin olcaq. Hamı ən azı özünə yaxın çevrədə yaxşıya doğru kiçicik bir davranış sərgiləyərsə,siqaretdən imtina kampaniyasında müsbət nəticələr əldə etmək mümkündür..."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya