Parlamentarinin sözlərinə görə, Avropa qurumlarının məkirli niyyətləri reallaşa bilməz. Çünki Azərbaycanda çox dayanıqlı stabillik mövcuddur:
"AP insan haqları ilə maraqlanırsa, Avropada baş verənlərə baxsın" - Millət vəkili
12:34 18.01.2019
Arxiv
362
"Qərbin qərəzli dairələrinin qurduğu oyunların, Azərbaycana qarşı apardıqları şər-böhtan kampaniyasının və qurama bəyanatların sadəcə bir məqsədi var”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat bildirib ki, SOROS-un dünya dövlətlərində nə işlə məşğul olduğu hamıya məlumdur:
"SOROS dövlət çevrilişiləri, inqilablar, təxribatlar, mövcud iqtidarlara qarşı problemlər yaratmaqla öz niyyətini həyata keçirməyə çalışır. Azərbaycana qarşı da bu addımı atmaq istəyirlər. Məqsəd Azərbaycanda hakimiyyəti, dövləti zəiflətmək, ölkə daxilində cürbəcür təxribatlar törətmək, əhalini çaşbaş salmaqdır. İqtidara qarşı narazılığı artırmaqla Ukraynada və Yaxın Şərqdə etdiklərini bizim ölkədə də reallaşdırmağı düşünürlər. Meyman Hüseynovla bağlı kampaniyaların, qətnamələrin və xoşagəlməz işlərin yeganə məqsəd budur. Həmin qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün istənilən murdar işlərə əl atırlar. Planlarını həyata keçirmək naminə xeyli pul xərclənilir. O pulların bir hissəsi də müəyyən yollarla Azərbaycana daxil olur və iqtidar əleyhinə fəaliyyət göstərən müxalif qruplara sərf olunur”.
Parlamentarinin sözlərinə görə, Avropa qurumlarının məkirli niyyətləri reallaşa bilməz. Çünki Azərbaycanda çox dayanıqlı stabillik mövcuddur:"Ölkəmizdə iqtidar-xalq birliyi mövcuddur. Apardığımız bütün işlər xalqın rifahına, gələcəyinə, əmin-amanlıqda yaşamasına istiqamətlənib. Xalq da bunu bilir və dəyərləndirir. Qərəzli qüvvələr hər zaman olduğu kimi yenə də bəd niyyətlərinə çata bilməyəcək.
Avropa Parlamenti deyilən yığınaq bunu dərk etməlidir. Cürbəcür əqidəyə malik, eyni cinslərlə, hətta it-pişiklə evlənməyin tərəfdarı olan nə qədər yararsız adam varsa, hamısı Avropa Parlamentində toplanıb. Əgər AP iddia etdiyi kimi insan haqları ilə maraqlanırsa, Avropada baş verənlərə baxsın. İki aydır Fransada 5 min nəfər həbs olunub, yüzlərlə insan döyülüb, yaralanıb, işgəncəyə məruz qalıb.
Niyə Avropa Parlamenti, Avropa Şurası, SOROS və onlara bağlı qurumlar öz ölkələrindəki proseslərdən danışmırlar? Aralıq dənizi miqrant qəbirstanlığına çevrilib. İndiyə qədər miqrasiya problemi, yaxud İspaniyada katalonlarla bağlı qərar verilməyib. Məqsədləri başqa olduğu üçün özlərini kölgədə saxlayırlar. Çalışırlar ki, Azərbaycanda növbəti Suriya, İraq yaratsınlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın çağırışına Putinin cavabı: Dərhal azad etdi!
15:03 21.10.2026
Dünya
Tramp Putinə borcludur və bu, təhlükəlidir - Bolton
14:49 21.10.2026
Dünya
Üz şəkliniz nə qədər xəstə olduğunuzu göstərə bilərmi?
14:38 21.10.2026
Sağlamlıq
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə