“Aprel atəş(kəs)i” kitabının təqdimatı olub
13:41 03.04.2017
Arxiv
450
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun "Aprel atəş(kəs)i” kitabının təqdimatı olub.
Sherg.az xəbər verir ki, mərasimdə çıxış edən müəllif kitabın Qarabağ savaşında həlak olanların əziz xatirəsinə həsr olunduğunu bildirib.
Müəllif deyib ki, bu kitab onun sayca üçüncü, Dağlıq Qarabağ mövzusunda isə ikinci kitabıdır:
"2016-cı il yaddaqalan il oldu. Cəbhə bölgəsində dördgünlük aprel döyüşləri Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdı. Biz 22 ildən sonra öz gücümüzü düşmənə göstərə bildik. Onların bizimlə bağlı qurduğu mifi dağıda bildik. Əgər strateji yüksəkliyi geri qaytarmaq və 20 ildən çox boş qalan kəndi məskunlaşdırmaq mümkündürsə, işğal altındakı başqa əraziləri də azad etməyə gücümüz çatar”.
E.Şahinoğlu vurğulayıb ki, aprel savaşından sonra böyük dövlətlərin işğalçı Ermənistana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına olan ümidlər özünü doğrultmadı:
"Bəlli oldu ki, hətta müharibə təhlükəsi də həmsədr dövlətlər – Rusiya, Fransa və Amerika Birləşmiş Ştatlarını Ermənistan hakimiyyətini yola gətirməyə kifayət etmir. Vasitəçilərin iştirakı ilə prezidentlərin Vyana və Sankt-Peterburq görüşləri nəticəsiz qaldı. Aprel döyüşlərindən sonra Rusiya Ermənistana hərbi dəstəyini artırdı. Rusiya Ermənistanda əvvəlcə "İsgəndər” raketlərini yerləşdirdi, daha sonra silah almaq üçün İrəvana 200 milyon dollar kredit ayırdı. Üstəgəl, rusiyalı rəsmilərin il ərzində verdiyi açıqlamalar Moskvanın münaqişənin həllinə marağının olmadığını göstərdi”.
Sonda müəllif mərasimə qatılanların suallarını cavablandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil