
Aprel döyüşçülərinin bir qrupu ehtiyata buraxıldı
10:34 05.10.2016
Arxiv
355

Silahlı Qüvvələrdə "Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" 9 sentyabr 2016-cı il tarixli sərəncamın icrası davam edir. Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Tərtərdə "Vətənə nümunəvi xidmətə görə sağ ol!" devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəmizdən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb.
Qeyd olunub ki, son illərdə Azərbaycan ordusunun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınıb. Düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvə var. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksəkdir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar.
Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb.
Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat