"Aprel döyüşləri indiyə qədərki proseslərin məntiqi nəticəsi idi"




Aprel müharibəsi Azərbaycan xalqında nə qədər böyük birlik ab-havası yaratdısa, Ermənistan cəmiyyətində bir o qədər mənfi ab-hava doğurdu". 

Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. Parlament üzvü qeyd edib ki, müasir dövrdə Azərbaycan cəmiyyətinin bir nömrəli problemi Qarabağ münaqişəsidir: 

"Ermənistanın Azərbaycana qarşı işğalçı mövqe tutması labüd etdi ki, biz güclü Silahlı Qüvvələr formalaşdıraq. Bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Təkcə müasir silahlar baxımından yox, həm də döyüş hazırlığı baxımından Silahlı Qüvvələrimizin yüksək peşəkarlığa sahib olduğunu ötən ilin aprelin əvvəllərində Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı zamanı bütün dünyaya sübut etdik. Qısa bir zamanda 2000 hektara qədər strateji əhəmiyyətə malik ərazini azad etmək böyük uğur hesab olunmalıdır. Aprel döyüşləri bizim cəmiyyətdə birlik ab-havası böyük ruh yüksəkliyi yaratdısa, Ermənistan cəmiyyətində əksinə, hakimiyyətə qarşı inamsızlığı gücləndirdi. Onlar hal-hazırda da vəziyyətdən çıxış yolunun axtarışındadırlar”.

Deputatın sözlərinə görə, Silahlı Qüvvələrimizin xalqın etimadını doğrultması xalq-ordu əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir: 

"Aprel döyüşlərindəki uğurumuz dünya ictimaiyyətinə də çatdırdı ki, Azərbaycan istənilən vaxt öz torpaqlarını azad etməyə qadirdir: 

"Aprel döyüşləri indiyə qədərki proseslərin məntiqi nəticəsi idi. Çünki Azərbaycan heç vaxt hazırki status-kvo ilə razılaşmayacaq”.