Aprel döyüşündən daha böyük hərbi əməliyyatlar baş verə bilər" - TƏCİLİ
13:59 03.04.2017
Arxiv
1180
"Aprel hadisələri Azərbaycan ordusunun bir neçə istiqamətdə ermənilərə tutarlı cavabıdır”.
Bunu Sherg.az-a ötən ilin 2-4 aprel tarixlərində baş verən aprel döyüşünün il dönümü ilə bağlı danışarkən millət vəkili Rövşən Rzayev deyib.
Onun sözlərinə görə, aprel döyüşləri sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri bu müddət ərzində Ali Baş Komandanın rəhbərliyi ilə yüksək səviyyəyə gəlib çıxıb:
"Öncə Allah şəhidlərimizə rəhmət etsin. Birincisi, aprel döyüşləri zamanı ermənilərin ordu qüvvəsi darmadağın oldu. İkinci istiqamət isə ondan ibarətdir ki, azərbaycanlılar torpaqları unudacaq. Cocuq Mərcanlı kəndi və onunla bağlı verilən sərəncam, kənd sakinlərinin ora köçmək istəməsi bu fikirləri darmadağın etdi. İlk sərəncamda 50 bina tikilməsi nəzərdə tutulmuşdu. Sonradan bütün kənd sakinləri ərizə ilə müraciət etdi ki, hamı yerləşmək istəyir. Yaxın gələcəkdə daha geniş evlər tikiləcək.
Üçüncü, ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan gəncləri dünya ictimaiyyətinə öz səslərini çatdırdılar. Bu da, o deməkdir ki, nə qədər müddət keçsə də, Azərbaycan öz mövqelərində iddialıdır. Ölkə başçısı tərəfindən bu mövqe bütün beynəlxalq qurumlarda, təşkilatlarda səsləndirilib.
Aprelin 2-də hadisə baş verəndən 1 gün sonra cənab prezident birtərəfli olaraq atəşkəsin saxlanmasını bəyan etdi. Bununla göstərdi ki, biz sülh tərəfdarıyıq, danışıqlar prosesi ilə münaqişəni həll etmək istəyirik. Amma ehtiyac olduqda öz ərazimizdə anti-terror əməliyyatı keçirməkdə tam imkan sahibiyik. Biz eləsək də təbii ki, bu yolla ərazi bütövlüyümüzü təmin edə biləcəyik.
Ermənistan konstruktiv mövqe sərgiləməsə, Azərbaycan öz imkanlarından beynəlxalq hüquq çərçivəsində istifadə edəcək. Bu zaman aprel döyüşündən daha böyük hərbi əməliyyatlar baş verə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil