Asiya İnkişaf Bankı Azərbaycana 250 milyon dollar ayırır
08:31 07.07.2021
Arxiv
499
Asiya İnkişaf Bankı (AİB) koronavirus (COVID-19) pandemiyasının mənfi sosial və iqtisadi təsirlərini azaltmaq məqsədilə Azərbaycan hökumətinə 250 milyon dollarlıq borc qərarını təsdiqləyib.
Oxu.Az-ın Bankdan əldə etdiyi məlumata əsasən, AİB prezidenti Masatsuqu Asakava bildirib ki, bu proqram hökumətə pandemiya ilə mübarizə tədbirlərini davam etdirməyə, yoxsul və həssas insanları qorumağa, iqtisadi bərpa üçün zəmin yaratmağa kömək edəcək.
Vurğulanıb ki, Asiya İnkişaf Bankının COVID-19-a qarşı Aktiv Mübarizə və Xərclərə Dəstək Proqramı (CARES) hökumətin davamlı sağlamlıq, sosial müdafiə və makroiqtisadi stabilləşmə istiqamətində tədbirləri üçün büdcə dəstəyi təmin edəcək.
Qeyd edilib ki, hökumətin sağlamlıq tədbirləri arasına səhiyyə işçiləri üçün əlavə ödənişlər, məcburi tibbi sığortanın ölkə miqyasında genişləndirilməsi, dərman və tibbi avadanlıqların satın alınması və COVID-19 xəstələrinin test və müalicə edilməsi üçün tibb müəssisələrinin gücünü artırmaq daxildir.
Əlavə edilib ki, sosial müdafiəni gücləndirmək üçün hökumət aztəminatlı ailələr üçün aylıq müavinətləri artırıb və dəstək almaq üçün ev təsərrüfatlarının sayını 80 000-ə çatdırıb. Digər sosial müdafiə tədbirləri arasına yaşa görə artırılmış pensiya ödənişləri, aylıq müavinətlər, məcburi köçkünlər üçün subsidiyalı kommunal xidmətlər və aztəminatlı ailələrə ali təhsil almaq üçün faizsiz kreditlər daxildir.
Həmçinin, bildirilib ki, iqtisadiyyatın sabitləşməsinə kömək etmək üçün hökumət 17 000 müvəqqəti ictimai iş yerinin yaradılması, pandemiyadan təsirlənmiş müəssisələrə bank krediti üçün faiz dərəcəsi subsidiyaları və seçilmiş dövlət müəssisələrinə maliyyə dəstəyi daxil olmaqla tədbirlər həyata keçirilib.
Asiya İnkişaf Bankı CARES Proqramı ilə birlikdə hökumətin pandemiyaya qarşı mübarizəsini dəstəkləmək üçün İdarə Heyətinin təsdiqinə əsasən 100 milyon dollarlıq birgə maliyyələşdirmə krediti verməyə çalışır.
Bank, eyni zamanda, 250 000 ABŞ dolları həcmində texniki yardım göstərəcək. Texniki yardım məcburi tibbi sığorta və sosial təminat sisteminin əhatə dairəsinin, həmçinin tətbiqinin gücləndirilməsinə kömək edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada məktəbdə bıçaqlı hücum olub, 10 nəfər yaralanıb
19:02 07.10.2026
Hadisə
Ceyhun Bayramov: “Orta Dəhlizin beynəlxalq ticarətdə rolu artır”
18:46 07.10.2026
Gündəm
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol