Astanadan Yerevana uçan təyyarə təcili eniş edib






Qazaxıstanın SCAT aviaşirkətinə məxsus, Astanadan Yerevana uçuş həyata keçirən təyyarə Aktau şəhərində təcili eniş etməli olub.

Trend-in məlumatına görə, buna səbəb sərnişinlərdən birinin özünü pis hiss etməsi olub.

Təyyarə eniş etdikdən sonra sərnişin müayinədən keçirilib. 2 saata yaxın ləngimədən sonra təyyarə uçuşa davam edib.