Televiziyada, mediada sosial reklamlar hazırlanmalıdır
Ay camaat, gedin pulsuz müayinədən keçin!
08:40 15.02.2018
Arxiv
446
Hazırda sahə həkimləri olan pediatrlar qapı-qapı gəzib valideynləri xəbərdar edir. Bunu təkcə pediatrlar yox, bütün sahə həkimləri etməlidir
Televiziyada, mediada sosial reklamlar hazırlanmalıdır
Televiziyada, mediada sosial reklamlar hazırlanmalıdır
Səhiyyə nazirinin əmrinə əsasən fevralın 12-dən etibarən əhalinin ümumi tibbi müayinəsinə başlanılıb. Müayinələr ödənişsizdir və may ayınadək davam edəcək. Əhalinin tibbi müayinəsinin təşkil edilməsi poliklinikalara tapşırılıb. Qeyd olunur ki, zərurət yaranacağı təqdirdə ödənişsiz müalicə də tətbiq olunacaq və vətəndaşlar ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriləcək.
Ümumi tibbi müayinə elan etməklə iş bitmir. Əsas məsələ əhalinin bu barədə məlumatlandırılması və müayinələrə cəlb olunmasının təmin edilməsidir. Sovet vaxtından qalan lətifə hələ də aktuallığını saxlayır: rus həkim kabinetindən çıxıb gözləmə salonundakı pasiyentlərin haradan gəldiyini soruşur. Aralarında bir nəfər Azərbaycandan gəldiyini deyir. Həkim dərhal "sən növbədən kənarsan. Tez ol, gəl. Müsəlmanlar (azərbaycanlılar) ən son anda həkimə müraciət edirlər”. Acı zarafatdır. Və reallığı əks etdirir. Biz azərbaycanlılar həkimlik bir iş qalmayanda, həkimə gedirik. Bu reallıqdan çıxış etsək, əhalinin ümumi tibbi müayinəsinin keçirilməsi, sözsüz, müsbətdir və əhəmiyyətlidir. Qalır, məsələnin məlumatlandırma və maarifləndirmə tərəfi.
Bu iş necə təşkil olunmalıdır ki, əhali tibbi müayinələrdən xəbərdar olsun və poliklinikalara üz tutsun?
Pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında bu məsələdə əsas yükün yenə də media və televiziyaların üzərinə düşdüyünü dedi:
- Çal-çağır verilişlərinə xüsusilə çox tamaşaçı toplanır. Studiyada əyləşib əl çalmaqla məşğuldurlar. Səhiyyə Nazirliyi cəhd etsin, o verilişlərdə əhalinin məlumatlandırılması təşkil olunsun. Buna deyirlər, sosial reklamlar. Səhiyyə Nazirliyinin loqosu altında reklam və elan verilsin ki, ay camaat, gedin tibbi müayinələrdən keçin, müayinələr ödənişsizdir, bu, sizin sağlamlığınız üçün vacibdir. Media da eyni işi görə bilər. Sosial şəbəkələrdə əhəmiyyətsiz, ucuz şou xarakterli məlumatlar yaymaqdansa, vətəndaşlarımızın sağlamlığına xidmət edəcək xəbərlər paylaşılsın.
V.Qarayev qeyd etdi ki, bu işdə poliklinikalar da aktiv olmalıdır:
- Onsuz da bizdə poliklinikalar sovet dövründən qalan sahə prinsipi ilə işləyir. Hər sahə üzrə sahə həkimləri var. Məsələn, mən pediatr kimi, bilirəm ki, hazırda sahə həkimləri olan pediatrlar qapı-qapı gəzib valideynləri xəbərdar edir. Bunu təkcə pediatrlar yox, bütün sahə həkimləri etməlidir. Görün, hər sahə həkiminin tabeliyində nə qədər ünvan, nə qədər vətəndaş var. Hər sahə həkimi öz sahəsi üzrə məlumatlandırma və təşviqetmə işini aparsa, çox əhəmiyyətli nəticələr əldə edilər.
Bilmirəm, poliklinikaların müayinə arealı nə dərəcədədir, hansı müayinələri aparmaq imkanları var, amma hər halda, məsələn, qanın ümumi analizi edilir yəqin. Bunun özü çox böyük əhəmiyyət daşıyır. Qanın analizi bir çox xəstəliklərə qarşı əhalini təhlükədən qoruya bilər. Yaxşı olardı ki, poliklinikalarda xroniki xəstəliklərin daha geniş müayinəsinin aparılması üçün imkanlar yaradılsın. Lakin əlimizdə olan resurslar da az deyil, təki əhali müayinələrə cəlb edilsin. Bu müayinələr bir çox xəstəliklərin qarşısının alınmasına kömək edər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”dan ayrılan Addainin yeni klubu rəsmiləşdi
09:19 28.07.2026
Futbol
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou