Azər Həsrət:“Əli Kərimlinin arxasında heç vaxt minlərlə insan olmur”
09:48 27.02.2019
Arxiv
780
Ötən gün Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı Bakıda möhtəşəm yürüş keçirilib. Yürüşə qatılan Prezident İlham Əliyev arxasına aldığı böyük xalq izdihamı ilə şəhərin küçələrində hərəkət edirək Xocalı abidəsini ziyarət edib. Əslində dövlət başçısının xalqla birlik sərgiləməsi dəfələrlə nümayiş olunub. Ələlxüsus da Qarabağ məsələsi ilə bağlı anım günlərində millət öz liderinin ətrafında sıx birləşərək həm dünyaya, həm də ölkədəki qərəzli qüvvələrə, radikal müxalifətə ən gözəl mesajı veriblər.
Məhz Xocalı yürüşündəki izdiham da güclü xalq-iqtidar birliyinin təzahürü idi. Bunun əksinə olaraq yürüşdə iştirak edən "Milli Şura” rəhbərliyini, konkret AXCP sədri Əli Kərimlini sadəcə 5-10 nəfər müşayiət edirdi.
Onların da üç-dörd nəfəri partiya sədrinin cangüdənləri idi. Təsəvvür edin, hər çıxışında onu on minlərin dəstəklədiyini iddia edən Ə.Kərimli ətrafına vur-tut 10 adam yığa bilmişdi.
Halbuki, radikal müxalifət hər zaman arxasında "böyük gücün”, "sosial bazanın” olduğunu iddia edirdi. Lakin anım günü gördüyümüz mənzərə bütün reallığı ortaya qoydu və "Milli Şura” rəhbərliyinin yalanlarını ifşa etdi. Ehtimallara görə, radikal müxalifət xarici dairələrdən qrant ala bilmədiyi üçün öz əlaltılarına pul paylaya bilməyib. Ona görə də "dəstəkçiləri” onu tək buraxıblar.
Məsələni "Sherg.az”a dəyərləndirən siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib ki, əslində, Əli Kərimlinin arxasında heç vaxt minlərlə insan olmur:
"O və tərəfdarları həmişə bu cür günlərdə fırıldaq işlədirlər. Belə tədbirlərin kütləvi olacağını bildikləri üçün gəlib böyük izdihamın qarşısında şəkil çəkdirirlər. Sonra da həmin şəklin arxasında gizlənib təbliğat qururlar ki, onminlərlə insanla birlikdə ziyarətə getdilər.
Lakin bu dəfə onların həmin əməlinin gerçəkləşməsinə imkan verilmədi və gerçəklər üzə çıxdı. Yəni Əli Kərimlinin real tərəfdarları onunla birgə oldu, görüntü də bəllidir. Prezident İlham Əliyevin arxasınca gedənlərə gəlincə, Azərbaycan xalqı çoxdan öz seçimini edib. Əgər əlavə təşkilatçılıq olsaydı, dövlət başçısının arxasınca milyonlar meydana çıxardı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi