"Lakin, deklarasiyadan fərqli olaraq Konvensiya hüquqi əhəmiyyətə malikdir və onun icrası mütləqdir. Beləliklə, Konsensiyanın imzalanmasını Bakının maraqlarının təmin olunması kimi də qələmə vermək olar. Sənədin imzalanmasında mühüm rol oynayan məsələ Bakı-Moskva və Tehranın razılığa gəlmələri oldu. Azərbaycanın bütün istəkləri Konvensiyada əksini tapdı”.
"Azərbaycan bu konvensiyadan siyasi və iqtisadi dividentlər əldə edəcək"
11:23 14.08.2018
Arxiv
1239
"Kimin nə deməsindən asılı olmayaraq, konvensiyanın imzalanması böyük hadisədir”.
Bunu "sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, tanınmış politoloq Zaur Məmmədov deyib.
Xəzərin hüquqi statusu ilə bağlı anlaşmaya münasibət bildirən analitik xatırladıb ki, Konvensiyada əksini tapan bəzi məsələlər bundan öncəki sammitlərdə həllini taparaq, deklarasiya formasında müəyyən olunub:
"Lakin, deklarasiyadan fərqli olaraq Konvensiya hüquqi əhəmiyyətə malikdir və onun icrası mütləqdir. Beləliklə, Konsensiyanın imzalanmasını Bakının maraqlarının təmin olunması kimi də qələmə vermək olar. Sənədin imzalanmasında mühüm rol oynayan məsələ Bakı-Moskva və Tehranın razılığa gəlmələri oldu. Azərbaycanın bütün istəkləri Konvensiyada əksini tapdı”.Politoloqa görə, Azərbaycan bu sazişdən siyasi və iqtisadi dividentlər əldə edəcək:
"Ümumiyyətlə, Konvensiyanın imzalanmasından ən çox udan məhz Bakı, daha sonra isə Astana olacaq. O ki qaldı, Xəzərin dibindən keçə biləcək kəmərlər məsələsinə, konkret olaraq Transxəzər layihəsinə, bu , təbii ki, Türkmənistanın və Azərbaycanın maraqlarına cavab verən hadisə ola bilər. İndi söz Qərb konsorsiumları və Aşqabaddadır. Onlar layihəni maliyələşdirəcəklərmi?
Digər məsələ Konvensiyada əksini tapan ekoloji muddəalarla bağlıdır. Rusiya və İran Aşqabada yaşıl işıq yandıracaqlarmı? Əlbəttə ki, siyasətdə mümkün olmayan nəsə yoxdur. Moskva aktual maraqlarının nəzərə alınması fonunda hansısa məsələlərdə kompromisə gedə bilər”.
Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-cı ildən aparılan danışıqlar öz məntiqi nəticəsini verib. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin iştirakı ilə tarixi əhəmiyyətli sənəd imzalanıb. V Xəzər sammitinin yekununda Xəzərin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq