Bir şeyi əminliklə bəyan etmək olar ki, hansı plan olur-olsun, əgər ona Rusiya ciddi və real dəstək verməsə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq
Azərbaycan ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək
09:12 26.02.2019
Arxiv
580
Hoqland təşəbbüsün Rusiyanın əlinə keçməsindən narahatdır
Bir şeyi əminliklə bəyan etmək olar ki, hansı plan olur-olsun, əgər ona Rusiya ciddi və real dəstək verməsə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq
Bir şeyi əminliklə bəyan etmək olar ki, hansı plan olur-olsun, əgər ona Rusiya ciddi və real dəstək verməsə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq müvəqqəti həmsədri səfir Riçard Hoqland "Amerikanın səsi”nə müsahibəsində "Lavrov planı" adlandırılan planı heç bir tərəfin qəbul etmədiyini deyib. Onun sözlərinə görə, Sergey Lavrov tərəfindən hazırlanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənəd Madrid prinsipləri üzərində bəzi fərqlərlə hazırlanıb.
R.Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri yenilik olmasa da, işin içində olan diplomatın dili ilə deyilənlər bugünə qədər vurğulananların təsdiqidir.
Eyni zamanda Hoqlandın dedikləri danışıqlar prosesinin yerində saydığına dair bir mesajdır.
Riçard Hoqlandın müsahibəsini şərh edən politoloq Azər Rəşidoğlunun "Şərq”ə açıqlamasına görə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanın yeganə tələbi torpaqlarımızın işğaldan azad olunmasıdır:
"Bütün digər məsələlər bu məsələyə bağlı olmalıdır. Azərbaycan ərazi bütövlüyünü heç vaxt heç kəsə güzəştə getməyəcək və bunu hər kəs dərk etməlidir”.
Riçard Hoqlandın məlum bəyanatına gəldikdə isə politoloq burada qaranlıq məqamların olduğunu deyib:
"Həmsədrlərin təklif etdiyi "Madrid prinsipləri"ni Azərbaycan düzəlişlərlə qəbul edib. Ermənistan tərəfi isə qəbul etməyib. Hər halda, həmin sənəddən sonra danışıqlar masası arxasında başqa təklif qoyulmayıb. "Lavrov planı” da faktiki olaraq, eyni prinsiplərin bir qədər fərqli şəkildə interpretasiyasını ehtiva edir. Görünür, Hoqland təşəbbüsün Rusiyanın əlinə keçməsindən narahatdır. Bir şeyi əminliklə bəyan etmək olar ki, hansı plan olur-olsun, əgər ona Rusiya ciddi və real dəstək verməsə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq. Kremlə isə hazırda problemin hər hansı şəkildə həlli sərf eləmir. Kremlin öz maraqları var. O maraqlar sülməramlılar adı ilə Rusiya qoşunlarının bölgəyə qayıdışıdır.
Digər tərəfdən, indiyə qədər aparılan danışıqların hər hansı nəticəsi yoxdur və həmsədrlərin regiona səfəri göstərir ki, Minsk Qrupunun həmsədr ölkələri vəziyyətdən narahatdırlar, hansısa variantda məsələni həll etməsələr də, tərəfləri sakitləşdirməyə çalışırlar. Ermənistan isə vaxtaşırı olaraq, hətta əldə edilən ilkin razılaşmalardan belə çox asanlıqla imtina edir.
Yeni variantın ortaya çıxması göstərir ki, onlar hər iki tərəfin marağını nəzərə almağa çalışırlar. Sadəcə olaraq, maraqların nəzərə alınması yarımçıq bir plan olardı. Çünki ortada olan gərginliyin əsas mənbəyi Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsidir. Bütün fəaliyyət buna yönəlməlidir. Tərəfləri sülhə çağırmaqla heç nəyə nail olmaq olmaz.
Planın nədən ibarət olması barədə hər hansı açıqlama verilmir. Yeni sülh planında 3 hissənin hər birinin nəyi əks etdirdiyi barədə ictimaiyyət məlumatlandırılmır. Əslində Azərbaycan üçün planın nə adlanmasının və neçə hissədən ibarət olmasının heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ ərazi bütövlüyümüzün təmin edilməsi, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasıdır. Düşünürəm ki, Hoqland da bunu açıq şəkildə İrəvandan tələb etməlidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya