“Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik ölkədir” - Politoloq
14:15 27.02.2019
Arxiv
607
"Zurabişvili prezident seçildikdən sonra region ölkələri arasında ilk rəsmi səfərini Azərbaycana edir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Ekspert bildirib ki, bunun özü çox mühüm göstəricidir:
"Təsəvvür edin, yerləşdiyimiz regionda Rusiya, İran, Türkiyə kimi mühüm geosiyasi aktorlar ola-ola, Zurabişvili ilk olaraq məhz Azərbaycana gəlməyi vacib sayır.
Bu, ondan xəbər verir ki, Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik ölkədir.
Hər iki ölkənin iştirakı ilə ərsəyə gələn meqa layihələr də bunu deməyə əsas verir. Gürcüstan Azərbaycanla əməkdaşlıq etdiyinə görə həm özünün təbii qaza olan tələbatını böyük ölçüdə təmin edir, həm də tranzit statusuna görə əlavə iqtisadi dividentlər qazanır.
Nəzərə alaq ki, Gürcüstan özünün təbii qaza olan tələbatının 95 faizdən də çox hissəsini Azərbaycanın hesabına ödəyir”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Gürcüstan təkcə ikitərəfli yox, həm də üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında çox uğurla iştirak edirlər:
"Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə çoxtərəfli əməkdaşlıq formatları bunun ən yaxşı nümunəsidir.
Azərbaycan bu 3 ölkə ilə eyni platformada əməkdaşlığa nail olmaqla həm də düşmən ölkə olan Ermənistanın geosiyasi təcridini təmin etmiş olur.
İki ölkə arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Gürcüstanın ərazi bütövlüyü uğrunda onlarla azərbaycanlı şəhidlik zirvəsinə yüksəlmişdir.
Gürcüstan dövləti çətinə düşdüyü anlarda Azərbaycan hər zaman öz kömək əlini uzatmışdır.
2008-ci ilin avqust ayında baş verən Rusiya-Gürcüstan münaqişəsində bu dəstəyin əyani şahidi olduq”.
Analitikin fikrincə, bütün bu xoş məqamlara baxmayaraq, bu gün Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək hallar da yaşanır: "Gürcüstanda erməni terrorçuya abidənin qoyulması, Gürcüstan vasitəsilə Ermənitsanı Rusiya ilə birləşdirən dəmir yolunun çəkilməsi istiqamətində aparılan işlər bizi çox narahat edir. Rəsmi Bakı müxtəlif kanallar vasitəsilə öz narazılığını bir neçə dəfə ifadə edib. Ümid edirəm, Zurabişvilinin səfəri həm də qeyd olunan problemlərin həllinə öz müsbət töhfələrini verəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat