“Azərbaycan investorlar üçün cəlbedici investisiya meydanıdır"
16:53 23.07.2018
Arxiv
958
"Hər hansı bir ölkənin iqtisadiyyatına daxili və xarici yatırımlar o ölkədə ilk növbədə ictimai-siyasi sabitlik olduğu halda mümkündür”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulması fikirlərinə münasibət bildirərkən "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
O qeyd edib ki, bu mənada Azərbaycanda 1990-cı illərin ikinci yarısından başlayaraq təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik çox önəmlidir:
"Bu gün Azərbaycan istənilən investor üçün cəlbedici və münbit mühitin formalaşdığı investisiya meydanıdır. Dünyanın ən aparıcı şirkətləri Azərbaycana məmnuniyyətlə yatırımlar edirlər. Hökumətin son illər qəbul etdiyi qərarlar sahibkarlığın qarşısındakı maneələri və bürokratik əngəlləri azaltmağa imkan verib. Aparılan iqtisadi islahatlar hesabına əldə olunan nəticələr beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar Azərbaycanı investisiya yatırımları etmək üçün daha cəlbedici bir məkana çevirməkdədir. Lakin qarşıda hələ çox işlər görmək lazımdır.
Hər bir xarici investoru yatırım etdiyi ölkədə bütövlükdə investisiya mühitinin durumu – yəni onun nə qədər münbit olması maraqlandırır. Bu səbəbdən də biznes qarşısında dayanan bütün bürokratik əngəllər, neqativ hallar aradan qaldırılmalı və yatırım etmək istəyən xarici investorlara yeni güzəşt paketi təklif edilməlidir. Bütün bunlar edildikdən sonra Azərbaycana indikindən dəfələrlə çox kapital axını baş verəcəkdir. Azərbaycan özünün coğrafi yerləşməsi və təbii sərvətləri baxımından istənilən investor üçün kifayət qədər cəlbedici bir ölkədir. Ölkəmizə kütləvi şəkildə kapital axını təmin etmək üçün yetər ki, Çində və iqtisadi cəhətdən sürətlə inkişaf edən Şərqi Asiya ölkələrində olduğu bir səviyyədə investitsiya mühiti yaradaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İtaliya biznes forumunda İtaliya şirkətlərinə müraciət edib. Ölkə başçısı həm prezidentlər, həm hökumət qurumları səviyyəsində İtaliya şirkətlərini Azərbaycana dəvət edib:
"Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya