Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqında QƏRAR
18:31 01.04.2020
Arxiv
519
Nazirlər Kabinetinin 115 nömrəli Qərarı xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilmə qaydası haqqındadır.
Qanuna əsasən, xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi bayramlarda və təntənəli mərasimlərdə, eləcə də tarixi hadisələrə, görkəmli xadimlərə və milli qəhrəmanlara həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikasının dövlət himni ifa edilir.
Xarici dövlətlərdə Azərbaycan Respublikasının keçirdiyi tədbirlərdə:
- Dövlət Himni qəbul edən xarici dövlətin Himninin ifasından sonra ifa edilir;
- Himnin musiqisinin hansı üsulla ifa olunmasından asılı olmayaraq, Himn tam və yalnız Azərbaycan dilində ifa edilir. Himnin ifası zamanı Himnin sözləri və musiqisi təhrif oluna bilməz;
- Himn ifa olunan zaman səsin təzyiqi qəbul edən xarici dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən tənzimlənir;
- Himn ifa olunan zaman Azərbaycan Respublikasının vətəndaşları Himni ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya Himni oxumalıdırlar; həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də ayaq üstə, farağat vəziyyətdə Himni sona qədər dinləməlidirlər. Bu qayda yalnız sağlamlıq imkanı məhdud olan şəxslərə şamil olunmur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya