Azərbaycan XİN ATƏT sədrinin səfəri barədə məlumat yayıb





 Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfəri barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da işgüzar səfər edəcək.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Ştaynmayer bu gün Ermənistana səfər edəcək. Azərbaycandan sonra isə Gürcüstana gedəcək.