Azərbaycanda elektrik enerjisi istehsalı artıb
17:37 02.01.2020
Arxiv
481
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda elektrik stansiyaları 21,9 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 4,2 faiz artıqdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, göstərilən dövrdə istehsal olunan elektrik enerjisinin 21,1 milyard kilovat-saatı əmtəə hesabına olub, bu isə 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,5 faiz daha çoxdur.
Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 19,5 milyard kilovat-saatı istilik elektrik stansiyalarının payına düşüb, bu isə 2018-ci ilin analoji dövrünün göstəricilərindən 5,6 faiz artıqdır.
Göstərilən dövrdə Azərbaycanın su elektrik stansiyaları 1,46 milyard kilovat-saat elektrik enerjisi istehsal ediblər (10,3 faiz azalma).
Hesabat dövründə Azərbaycanda külək enerjisi istehsal edən mənbələr 100 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (bir ilə ikiqat artım), günəş enerjisi istehsal edən mənbələr isə 40,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edib (9,4 aiz artım).
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm