Azərbaycanda İİV-ə yoluxanların sayı niyə artır ?- Professor səbəbləri sadaladı

Azərbaycan kimi müsəlman ölkəsində İİV-lə bağlı belə bir dinamika, artım heç də ürəkaçan deyil”
Bu barədə "Sherg.az”a ölkədə İİV-ə yoluxanların sayının artma səbəblərindən danışarkən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, bu xəstəliyə dinamikasız nəzarət etmək mümkündür:
"Sadəcə olaraq, bununla bağlı çox ciddi tədbirlər həyata keçirmək lazımdır. Azərbaycanın əhalisinin çox hissəsi xarici ölkələrə tez-tez gedib- gəlir. Elə problemin başlama səbəbi də bu prosesdir. Yəni həmin insanlar xaricdə cinsi və ya narkomaniya yolu ilə bu xəstəliyə yoluxa bilər. Ölkə əhalisi Rusiya və digər ölkələrə nə qədər ki, gedib-gəlir bu virusa yoluxma halı sürətlə artır. Bunun qarşısını almaq üçün ən uğurlu vasitə gömrüklərdə ölkəyə gələnlərin yoxlanılmasıdır.
Bundan əlavə xəstəliyə yoluxanlarda ilk ayda heç bir əlamət müşahidə edilmir. Üç aydan sonra artıq xəstəlik özünü göstərir. Artıq insanların İİV-ə yoluxduqları məlum olduqdan sonra buna qarşı tədbirlər həyata keçirilməlidir. Daha sonra xəstəliyə yoluxmuş şəxslər adiyyəti qurumlar tərəfindən məlumatlandırılmalır.
Bu proses müddətində nə etməli, nədən istifadə etməli və hansı addımları atmalıdır bunların hər biri izah olunmalıdır. Çünki həmin şəxslər başqa insanları da İİV-ə yoluxdura bilər. Bir insanı bilərəkdən bu xəstəliyə yoluxdurmaq cinayət məhsuliyyəti daşıyır. Bundan əlavə xəstəliklə bağlı insanların davaranışları onlara çatdırılmalıdır.
 Sonra anonimlik qorunmaqla onların qeydiyyata alınmalıdırlar. Çünki bu şəxsləri dərmanla təchiz edərək dövlət proqramı çərçivəsində həmin virusun qarşısı almağa çalışılır. Hesab edirəm ki, bu sahədəki kompleks tədbirlər sistemində bir boşluq var. Bu şəxslərin təlimatlandırılmaması və onlara nəzarət sahələrində boşluqlar var. Bunları qaydaya salmaq lazımdır”.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 306 nəfər olub. APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təqdim etdiyi 2018-ci ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumatda əksini tapıb.Onlardan 298-i (97,4%) Azərbaycan vətəndaşı, 8-i (2,6%) isə əcnəbilərdir.
Kənan Eynuroğlu