Azərbaycandan ABŞ-a narkotik aparılmasına cəhd edildi
08:03 16.01.2020
Arxiv
607
Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən "Sherg.az"a verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycandan ABŞ-a göndərilən, invoys sənədində malın adı "coffee table" göstərilən poçt bağlaması Bakı Karqo Terminalına daxil olub. Həmin bağlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.
Baxış zamanı, karton qutunun içərisindən sökülmüş vəziyyətdə olan təkərli masanın hissələri aşkarlanıb. Həmin masanın "mdf" materialından olan alt, üst panellərinin və oval şəklində olan aksessuarlarının arxalarına sonradan bərkidilən faner lövhələrin altından, təmiz çəkisi 2455 qram narkotik vasitə - tiryək aşkar edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət