"Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarına xaricdə..."
11:50 18.04.2017
Arxiv
351
Azərbaycan iqtisadiyyatında ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirilir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, bu məsələ dövlətin, ilk növbədə, Prezident İlham Əliyevin diqqətindədir:
"Prezidentin iştirakı ilə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bu qəbildən olan bütün məsələlər kompleks şəkildə nəzərdən keçirildi. Dövlət başçısı və iştirakçıların bir qrupunun çıxışları göstərdi ki, Azərbaycan bu istiqamətdə düzgün yol götürüb. Artıq "Made in Azerbaijan” brendi xaricdə tanınmağa başlayıb, Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı məhsullarına xaricdə böyük maraq var".
A.Mirzəzadə qeyd edib ki, müşavirədə Prezident İlham Əliyev artıq Azərbaycanın hərbi məhsullarının da xarici bazarlara çıxışına toxundu:
"Azərbaycan hərbi məhsul ixracı sahəsində yeni addım atan ölkələrdəndir. Amma 10 il bundan əvvəl yaradılan Müdafiə Sənayesi Nazirliyinin timsalında artıq Azərbaycan istehsallı silah və texnikaya xaricdə böyük tələbat var. Həm xarici ölkələrlə birgə müəssisələrin yaradılması, həm tək istehsalçı kimi məhsul buraxması Azərbaycanı bu sahədə də beynəlxalq aləmdə tanıda bilib. Hesab edirəm ki, bu, çox perspektivli bir sahədir. Hərbi məhsulların satışı, ilk növbədə, müdafiə üçün nəzərdə tutulan silah-sursatın satışını nəzərdə tutur. Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirməklə birinci növbədə öz daxili tələbatını ödəyir və bununla da bu sahədə xaricə valyutanın axınının qarşısını alır, həmçinin hərbi məhsulların xaricdə satışını təşkil etməklə Azərbaycana xeyli xarici valyutanın gəlməsini təmin edir”.
Millət vəkili vurğulayıb ki, bu istiqamətdə görülən işlər, müvafiq bazarının dərindən öyrənilməsi həmin sahədə böyük uğurların qazanılmasına səbəb olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya