"Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var" - Akif Aşırlı
15:03 17.09.2018
Arxiv
654
"Paradda səslənən bəyanatlar bütün dünyaya bir mesaj oldu" ÖZƏL-MÖVQE
"Prezident İlham Əliyevin Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paraddakı çıxışının iki əsas istiqaməti var”.
Bunu SİA-ya açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş yazarın sözlərinə görə, birinci istiqamət ondan ibarət idi ki, Türkiyə-Azərbaycan arasında tarixi əlaqələr bu gün də çox yüksək səviyyədə davam etdirilir:
"15 sentyabr 1918-ci il Bakının bolşevik, daşnak birləşmələrindən azad olunması buna bariz nümunədir. 100 il əvvəl Azərbaycanla Türkiyə arasındakı münasibətlər necə idisə, indi də o münasibətlər qalır və yüksələn xətt üzrə inkişaf edir. Cənab Prezident ümum-Türk dünyasında Azərbaycanın tutduğu yer haqqında da fikirlər səsləndirdi. Qeyd etdi ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq vəsait qoyub. Vəsaitin həcmi isə iləbil artmaqdadır".
İkinci istiqamətə gəlincə, A.Aşırlı qeyd edib ki, bu istiqamət ondan ibarət idi ki, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycanın kifayət qədər imkanları mövcuddur:
"Bunun üçün Azərbaycanın regionda böyük hərbi gücü, siyasi iradəsi və Türkiyə kimi strateji müttəfiqi var. Düşünürəm ki, paradda hər iki ölkə Prezidentinin birgə səsləndirdiyi bəyanat bizi əhatə edən dövlətlərə - bizə dost və düşmən olanlara, bütün dünya ictimaiyyətinə bir mesaj oldu”, - deyə, baş redaktor fikirlərini tamamlayıb.
Qeyd edək ki, sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət