”Azəriqaz”ın adından istifadə edərək vətəndaşı aldatdı – Video
09:27 03.03.2019
Arxiv
567
Bakıda özünü ”Azəriqaz”ın əməkdaşı kimi təqdim edərək sakinləri aldadan və onların pullarını alan şəxs və ya şəxslər peyda olub.
Xezerxeber.az-ın məlumatına görə, onlar mənzillərin qapılarına yaxınlaşaraq özünü ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edir. Bundan sonra isə vətəndaşları aldadaraq onlardan pul alıb ərazidən uzaqlaşır.
Belə bir hadisə ilə paytaxt sakini Nəzakət Vəliyeva qarşılaşıb. O iddia edir ki, ötən gün günorta saatlarında bir nəfər onların mənzillərinə gələrək smart-kart tipli qaz sayğacında problemin olub-olmadığını yoxlamaq istədiyini və bunun üçün kartın ona verilməli olduğunu bildirib.
Bundan sonra isə həmin şəxs Nəzakət Vəliyevadan kartın dəyişdirilməsi üçün pul istəyib.
Daha sonra isə o, ”Azəriqaz” İstahsalat Birliyinin 104 saylı qaynar xəttinə müraciət edərək hadisə barədə məlumat verib. Qurumdan isə ona bildiriblər ki, həmin şəxsin ümumiyyətlə ”Azəriqaz” İstahsalat Birliyinə heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı ”Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev "Xəzər Xəbər”ə bildirdi ki, son günlər Bakıda bu cür hallara tez-tez rast gəlinir. Elə buna görə də qurum rəsmisi vətəndaşlara xəbərdarlıq edərək bildirdi ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız "ASAN Xidmət” və "ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər.
Ümumilikdə isə, bu cür hallarla qarşılaşan vətəndaşların yaşadıqları ərazi üzrə polis bölməsinə müraciət etmələri tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya