“Azərsilah” ASC Azərbaycan hərb sənayesinin inkişafına təkan verəcək
15:27 16.01.2019
Arxiv
731
"Azərsilah” ASC-nin əsas məqsədi ölkəmizdə istehsal olunan silah-sursatın, hərbi vasitələrin xarici ölkələrə satışını təşkil etməkdir”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Ekspert bildirib ki, məqsəd Azərbaycanda emal olunan yerli hərbi texnikaların dünya bazarına çıxışına nail olmaqdır:
"Silahlarımızın bu və ya digər formada dünya bazarlarında satılması, sərgilərdə tanıdılması Azərbaycan hərb sənayesinin inkişafına gətirib çıxaracaq.
Rəqabətə qoşulmağımız isə yeni növ silahların istehsalına və keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Şübhəsiz ki, bu, həm də biznes sahəsi olduğu üçün silahlarımızın satışı ölkəmizə gəlir gətirəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 14-də Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə "Azərsilah”ın yaradılmasına qərar verilib. "Azərsilah” ASC-nin yaradılması imkan verir ki, qeyri-neft sektorunun mühüm bir sahəsi kimi ölkəmizə valyuta gətirən bir struktura çevrilsin. Bu qurumun yaradılması ilə ölkəmizdə yeni silahlar istehsal olunacaq. Ayrı-ayrı ölkələrlə birgə silah istehsal edən müəssisələrin yaradılması, istehsal olunan silahların dünya bazarına çıxarılması ölkəmizə valyuta gətirilməsi ilə nəticələnəcək.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm