Bakı ilə cəbhə bölgəsi çox yaxınlaşdı
20:56 05.04.2016
Arxiv
977
Elşad Eyvazlı deyir ki, daha insanlarda qorxu hissi yoxdur
Modern.Az saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı "Şərq”ə cəbhədəki gərginlikdən əsgər, zabit və mülki əhalinin ruh yüksəkliyindən danışıb. Baş yazar qeyd edib ki, 1990-cı illərin əvvəllərində hər hansı kəndə bir mərmi düşən kimi insanlar qaçmağa çalışırdılar. Amma indi o vəziyyətin əksini müşahidə edirik.
Onun sözlərinə görə, əvvəllər əsgərlər arasında fərarilik daha geniş yayılmışdı. İndi isə bu səviyyə sıfırın altındadır: "Vəziyyət tamam başqadır. Bunu Ermənistan gördü və bildi. Ordumuzun, Ali Baş Komandanın əhali ilə birgə olması xalqımızı daha da ruhlandırır. Baxın, atəş dayandırıldı. Amma Azərbaycan xalqı iddia edir ki, döyüşlər yenə də başlayacaq. Ali Baş Komandan rəhbərliyi ilə ordumuz və xalqımız torpaqlarımızı işğaldan azad edəcək. Əhval-ruhiyyə çox yüksəkdir. Başqa bir məsələ də odur ki, Bakı ilə cəbhə bölgələri çox yaxınlaşıb. Bakının ürəyi cəbhə bölgəsi ilə döyünür”.
E.Eyvazlının fikrincə, informasiya müharibəsi silahlı qarşıdurmalardan daha təhlükəlidir: "İndi informasiya müharibəsi döyüşdən də önəmli müstəviyə keçib”.
"Son gərginlik müddəti Azərbaycan mediası özünü necə apardı” sualına gəlincə, həmkarımız söyləyib ki, Azərbaycan mediası bu sınaqdan üzüağ çıxdı: "Ermənistanın informasiya maşını hər zaman Azərbaycana qarşı təxribat törədir: "Bunu 90-cı illərin əvvəllərində də görmüşük, indi də görürük. Onlar insanlığa yaraşmayan addımları Azərbaycanın üzərinə yükləməyə çalışırlar. Hətta indi də məhv edilən əsgərlərinin sayını gizlədirlər. Buna rəğmən Azərbaycan mediası uduzmadı. Hətta deyərdim ki, son 30 il müddətində Azərbaycan mətbuatı özünü belə ciddi aparmamışdı. Düzdü, xırda istisnalar var. Onlar da aradan qalxacaq. Təzə yaranmış, qeyri-peşəkar saytlar yanlış yol tuturlar. Amma çox sevindirici haldır ki, aparıcı media Müdafiə Nazirliyi ilə əməkdaşlıq etdi. Azərbaycan dövlət maraqlarından çıxış etmək mediamızın borcudur”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət