Bakıda 3 yaşlı uşaq binadakı tüstülənmədən zəhərlənib




Bakının Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş tüstülənmə nəticəsində 3 yaşlı uşaq zəhərlənib.

Bu barədə Trend-ə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, azyaşlı mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Uşaq tüstüdən zəhərlənib".

Qeyd edək ki, tüstülənmə Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasının C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb. 60-dan çox sakin binadan təxliyə edilib. Tüstülənmənin qarşısı alınıb.