Bakıda 48 yaşlı kişi evinin qarşısında maşınla vuruldu





Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Sherg.az" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamal rayonu, A.Şaiq küçəsi, 212 saylı evin qarşısında, həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Cavadov Cavad Babaş oğlu naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.