BAKIDA AİLƏ FACİƏSİ: oğul atasının meyitini tapdı




Ötən gün paytaxtın Xətai rayonu, Araz Novruzov küçəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, yaşadığı evdə özünü asaraq intihar edən 1966-cı il təvəllüdlü Dadaşov Fariz Məhəmməd oğlunun xırda ticarətlə məşğul olduğu üzə çıxıb. Ailə üzvləri bildiriblər ki, onun müəyyən miqdarda borcu olub. Ümumilikdə isə ailə maddi sıxıntılardan əziyyət çəkirmiş.
Hadisədən əvvəl heç kimlə danışmayan F.Dadaşov məktub da yazmayıb. Onun asılı vəziyyətdə qalmış meyitini oğlu aşkar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
11:38
Bakıda intihar olub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Araz Novruzov küçəsi, ev 3, mənzil 6 ünvanında yaşayan 1966-cı il təvəllüdlü Fariz Məhəmməd oğlu Dadaşov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.